Şriftin ölçüsü :

Saytın rəngi :

10 dekabr – Beynəlxalq insan hüquqları günü ilə əlaqədar olaraq Sabunçu rayon məktəbliləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə tanış olublar

07 dekabr 2017 | 20:00
 Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunda 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiadada fərqlənərəq qalib gələn məktəblilərlə10 dekabr – Beynəlxalq insan hüquqları günü ilə əlaqədar olaraq 08.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində görüş təşkil olunmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aparatının rəhbər müavini Şahin Rüstəmov,  Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova, Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Səbinə Babayeva və aparatın Məhkəmə qərarlarının icrasına nəzarət sektorunun müdiri İntiqam Eyvazov olimpiada qaliblərinə məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verərək məhkəmə zalı və digər otaqlarla tanış etmişlər. Sonda xatirə şəkilləri çəkilmişdir.
 
Keçidlər