Sabunçu rayonunda “Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” adlı yeni layihə başlanıldı
20 dekabr 2017 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Milli Məclisin üzvü Dilarə Cəbrayılova və yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin birgə təşkilatçılığı ilə Sabunçu rayonu ərazisində yaşayan valideyn himayəsindən məhrum olmuş və qəyyumluğa verilmiş uşaqların yaşayış şəraitlərinin yoxlanılması, mənzil-məişət vəziyyətlərinə baxış keçirilməsi və cari ehtiyaclarının ödənilməsi məqsədi ilə “Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” başlığı altında yeni layihə həyata keçirilir.On ay davam edəcək və rayonun bütün qəsəbələrini əhatə edəcək layihəyə uyğun olaraq hər ay müvafiq qəsəbə üzrə üç ailədə monitorinq aparılacaq, qəyyumluqda olan uşaqlarla görüş keçiriləcək və onların müxtəlif ehtiyacları ödəniləcək.
Bu məqsədlə ilk olaraq 21.12.2017-ci il tarixindəSabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Milli Məclisin üzvü Dilarə Cəbrayılova, RİH başçısının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının katibi Səbahət Hünbətova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Hüseynzadə, Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri Elmira Melikova, Kürdəxanı bələdiyyəsinin sədri Heyran Kərimova və əməkdaşlarının iştirakı ilə rayonun Kürdəxanı qəsəbəsində yaşayan valideyn himayəsindən məhrum olmuş və qəyyumluğa verilmiş uşaqların yaşayış şəraitlərinə baxış keçirilmiş, mənzil-məişət vəziyyətləri yoxlanılmış, onlara müxtəlif hədiyyələr, ərzaq bağlamaları təqdim edilmiş və uşaqlarla söhbət aparılmışdır.