Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüvə Yeni İl bayramı münasibətilə tədbir keçirildi

28 dekabr 2017 | 20:00
  29.12.2017- ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeniİl bayramı münasibətilə tədbir keçirildi.
   Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və onların müavinləri iştirak etdilər.     Tədbiri giriş sözü ilə açan Rayon  İcra Hakimiyyətinin başçısı Adil Vəliyev  qeyd etdi ki, 31 dekabr -  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının birlik günüdür və bu bayramın qeyd edilməsi artıq dünya azərbaycanlıları tərəfindən bir  ənənəyə  çevrilmişdir. Bu bayram dünyanın bir  çox ölkələrində azərbaycanlılar tərəfindən qeyd olunur. Rayon İcra Hakimiyyətinin Başçısı öz çıxışında bu bayramın yaranma tarixindən bəhs edərək,Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğunu və canab Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini bugündə layiqincə davam etdirdiyini xüsusi vurğuladı.
   Daha sonra Rayon İcra Hakimiyyətinin başçısının I müavini Güloğlan Məmmədov və müavinlər Rəna Fərəcova və Avtandil-Hüseyn-zadə çıxış edərək qeyd etdilər ki, möhtərəm Prezident cənab İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Son 10 ildə cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına gətirib çıxarmışdır.
   Sonda Rayon  İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bayram münasibətilə tədbir iştirakçılarını bir daha səmimi qəlbdən təbrik etdi və qarşıdan gələn 2018-ci ilin onlar üçün uğurlu il olmasını arzuladı.Sonra tədbir iştirakçılarına Rayon İcra Hakimiyyəti başçısının bayram hədiyyələri təqdim olundu.
Keçidlər