Şriftin ölçüsü :

Saytın rəngi :

Nardaran qəsəbəsi 130 nömrəli tam orta məktəbdə “Biz narkomaniyaya yox deyirik” mövzusunda tədbir keçirildi

28 dekabr 2017 | 20:00
   29 dekabr 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə  Nardaran qəsəbəsi 130  nömrəli tam orta məktəbin akt zalında narkomaniya  mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbahət Hünbətova, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Bakı Şəhər üzrə Təhsil İdarəsinin əməkdaşı Tahirə Qədimova, Respublika Narkoloji Dispanserinin Həkim-Narkoloqu Pərvin Abbasova,  və məktəbin şagird və müəllim kollektivi  iştirak etdilər.
   İlk əvvəl tədbir iştirakçıları  narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.
  Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbahət Hünbətova çıxışında müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələrdən söz açdı. S.Hünbətova Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyətindən bəhs edərək aparılan işlərin mahiyyəti, əhəmiyyəti barədə toplantı iştirakçılarına geniş məlumat verdi.
  Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Bakı Şəhər üzrə Təhsil İdarəsinin əməkdaşı Tahirə Qədimova, Respublika Narkoloji Dispanserinin Həkim-Narkoloqu Pərvin Abbasova çıxış edərək respublikada narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin səmərəliliyi  haqqında danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyyələr verdilər.
  Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
Keçidlər