Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyinin və Balaxanı Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir

17 yanvar 2018 | 20:00
 18.01.2018-ci il tarixdə Balaxanı qəsəbəsində yerləşən 295 saylı məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi üzrə  Nümayəndəliyinin və Balaxanı Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. İclasda Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının I müavini Güloğlan Məmmədov və rayon ərazisində fəaliyyət göstərən qurumların rəhbər və nümayəndələri iştirak edirdilər.
 İclası giriş sözü ilə açan Güloğlan Məmmədov qəsəbə haqqında ümumi məlumat verdikdən sonra qəsəbə nümayəndəsi Vüqar Əsədov və bələdiyyə sədri Vüsalə Səlimova görülmüş işlər və qarşıda duran vəzifələrdən söz açdılar.
Tədbirin sonunda iştirak edən sakinlərin də fikirləri, təklif və iradları dinlənildi və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.
Keçidlər