Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan süfrəsi açıldı

19 yanvar 2018 | 20:00
   20.01.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ülvi” şadlıq evində 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan süfrəsi açılmışdır. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov və müavin Rəna Fərəcova, RİHB aparatının şöbə müdirləri, RİHB-nın qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun digər idarə rəhbərləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri və 20 Yanvar əlilləri, rayonda fəaliyyət göstərən bəzi QHT nümayəndələri, “Qızıl Aypara” Cəmiyyətinin və Ağsaqqallar Şurasının rayon şöbələrinin nümayəndələri, rayonun aztəminatlı və sosial kateqoriyaya malik ailələri iştirak etmişdir.
   Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov 20 Yanvar şəhidlərinin ailələri və yaxınlarına başsağlığı verərək, Allahdan onların hər birinə rəhmət dilədi. Daha sonra dövlət tərəfindən şəhid ailələrinə daim göstərilən diqqət və qayğıdan söz açdı.
   Tədbir Rayonun axundunun oxuduğu dualar ilə sona çatdı.
Keçidlər