Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Erkən nikahlara son!” adlı maarifləndirici tədbir keçirildi

23 yanvar 2018 | 20:00
  24.01.2018-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılağı ilə Maştağa qəsəbəsində yerləşən Maştağa Mədəniyyət Evində “Erkən nikahlara son!” adlı maarifləndirici tədbir keçirildi.
  Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Milli Məclisin üzvü Dilarə Cəbrayılova, AMEA-nın Fəlsəfə İnstitutunun “Siyasətin fəlsəfəsi” şöbəsinin müdiri Rəna Mirzəzadə, “Rəhimə Xanım ziyarətgahı” məscid Dini İcmanın sədri Musa Qasımov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Maştağa qəsəbəsində yerləşən 22, 108, 128, 187, 209, 255, 293 nömrəli məktəblərin direktor, şagird, müəllim və valideynlərdən ibarət heyəti iştirak etdilər.
  Tədbir Maştağa məktəblilərinin çəkdiyi rəsmlərdən ibarət sərgiyə baxışla başladı. Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, AMEA-nın Fəlsəfə İnstitunun Siyasətin fəlsəfəsi şöbəsinin müdiri Rəna Mirzəzadə, Milli Məclisin üzvü Dilarə Cəbrayılova, “Rəhimə Xanım ziyarətgahı” məscid Dini İcmanın sədri Musa Qasımov və 209 nömrəli məktəbin müəllimi Əzizə Quliyeva bildirdilər ki, Uşaq Hüquqları Konvensiyasında qeyd olunan müddəalara görə 18 yaşına çatmayanların nikaha daxil olması insan hüquqlarının kobud pozulmasıdır və bu hal sosial problem olmaqla yanaşı, psixoloji, tibbi və hüquqi cəhətdən də yolverilməzdir. Erkən nikahın fəsadları çoxsaylı ana və uşaq ölümləri, həmçinin boşanma və təhsildən yayınma hallarının statistik nəticələrində də özünü qabarıq şəkildə göstərməkdədir və buna qarşı mübarizə aparmaq hər birimizin vətəndaşlıq və insanlıq borcudur.
  Tədbir bu mövzuda hazırlanan video-çarxın nümayişi ilə davam etdirildi. Sonda qonaqlar məktəbliləri maraqlandıran sualları cavablandırdılar.
Keçidlər