Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ramazan bayramı münasibəti ilə tədbir keçirilmişdir

09 avqust 2013 | 19:00

    9 Avqust 2013-cü ildə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “AQAT” şadlıq sarayında Müqəddəs Ramazan bayramı münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu rayonu İcra Hakimiyyəti başçısının aparatı, Millət Vəkilləri, Qəsəbə Nümayəndəlikləri, Bələdiyyələr, rayon İctimaiyyəti,  Qarabağ müharibəsi əliləri, 20 Yanvar hadisələri nəticəsində əlil olmuşlar, Çernobıl əlilləri və aztəminatlı ailələr iştirak edirdilər.
          Tədbridə iştirak edən din xadimləri bildirdilər ki: İslamda Ramazan ayı digər aylardan üstün hesab olunur. Qurani-Kərim də məhz bu ayda - Qədr gecəsində nazil olmuşdur. İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir. Tutulan orucların qəbul olunmasını diləmiş, hər kəsə bol ruzi və ailələrində əmin-amanlıq arzulamışdır.
         Ulu öndər Heydər Əliyevin hər zaman dini dəyərlərə önəm verdiyini vurğulayaraq, Müqəddəs bayramların dövlət tərəfindən yüksək səviyyədə qeyd olunduğunu bildirmişlər. Bu ənənənin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildiyini bildirərək, dövlətimizin həmişə aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsinə xüsusi diqqət yetirdiyini qeyd etmişdilər.
          Ramazan bayramı ərəfəsində rayon ərazisində məskunlaşmış şəhid ailələrinə, Qarabağ müharibəsi əlilərinə və imkansız şəxslərə 600 ədəd ərzaq bağlamaları ilə köməklik göstərilmişdir. Bu qəbildən olan 500-dən çox soydaşımız və rayonun 10 qəsəbəsində təşkil olunan iftar süfrəsində iştirak etmişdir.

Keçidlər