Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa Mədəniyyət Mərkəzində “2 fevral - Gənclər Günü” ilə əlaqədar tədbir keçirildi

01 fevral 2018 | 20:00
   02 Fevral 2018-ci il tarixdə Maştağa Mədəniyyət Mərkəzində Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “2 fevral - Gənclər Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova və digər qonaqlar iştirak etdilər.
  Tədbirdə musiqili qonaqların ifasında gözəl nömrələr təqdim olundu. Tədbir ölkənin ictimai-mədəni həyatında xüsusi rol oynayan gənclərin Fəxri Fərmanlarla təltif olunması ilə davam etdirildi.
Keçidlər