Sabunçu rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
06 fevral 2018 | 20:00
07.02.2018-ci il tarixdə Maştağa Mədəniyyət Mərkəzində Sabunçu rayonunun 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov, millət vəkili Dilarə Cəbrayılova, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul işçiləri, RİHB-nın qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları ilk olaraq mərkəzin foyesində rayonda fəaliyyət göstərən sənaye müəssisələrinin istehsal etdikləri məhsullardanibarətvə 2017-ci ildə əldə olunmuş uğurları təcəssüm etdirənxüsusi stendlərdən təşkil edilmiş sərgiyə baxış keçirdilər.
Hesabat yığıncağı Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri və hesabat dövründə əldə olunan nailiyyətlərdən bəhs edən video-çarxın nümayişi ilə başladı.
Tədbiri hesabat məruzəsi ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi sayəsində2017-cı il Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşmüşdür. A.Vəliyev qeyd etdi ki, 2017-ci il ərzində Sabunçu rayonunun iqtisadi və sosial sahələrində də dinamik inkişaf davam etmiş, bütün göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 oktyabr 2015-ci il tarixli 322 nömrəli Qərarı ilə “Pilot layihə” çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyətinə verilmiş əlavə vəzifə və tapşırıqların icrası 2017-ci il ərzində də davam etdirilmişdir.
Həmçinin bildirildi ki, 2017-ci il ərzində rayon ərazisində bir sıra sosial obyektlərin tikintisi və ya təmiri işləri də davam etdirilmişdir. Bakıxanov qəsəbəsindəki 74 saylı orta məktəb əsaslı təmir edilib, idman zalı tikilərək 5 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Pirşağı qəsəbəsindəki 26 saylı uşaq bağçasının tikintisi, Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidən qurulması və əsaslı təmiri, Bakıxanov qəsəbəsindəki 105 saylı uşaq bağçasının əsaslı təmiri başa çatdırılmışdır və həmin obyektlər 1 mart və 11 sentyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Birinci-vitse Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir. Maştağa qəsəbəsindəki 9 saylı uşaq bağçasının tikintisi başa çatdırılmışdır və hazırda orada tamamlama işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayon İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsində müasir tipli mədrəsənin tikintisi davam etdirilir. Mədəniyyət Nazirliyi tərəfindən isə Nardaran Mədəniyyət evi, Muğam Mərkəzi və kitabxana binasının tikintisi başa çatdırılmışdır.
Daha sonra Sabunçu rayonunda istehsal sahələrinin inkişaf perspektivləri haqqında “Neftqazmaş” ASC-nin direktoru Vahid Hacıyev, 2017-ci ildə rayonda aparılan abadlıq və sanitar-təmizlik işlərinin vəziyyəti haqqında Rayon Kommunal-Təsərrüfat İdarəsinin rəisi Akif Ramazanov, 2017-ci ildə rayonda ictimai asayişin qorunması üzrə görülmüş işlər haqqında Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov,2017-ci il ərzində ölkənin inkişafı üçün müxtəlif istiqamətlərdə görülən işlər barədə millət vəkili Dilarə Cəbrayılova və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov çıxış etdilər.