Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi Sabunçu rayonunda uğurla davam etdirilir

13 fevral 2018 | 20:00
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2018-ci ilin fevral  ayının 12-dən may ayının 12-dək Sabunçu rayonunda əhalinin növbəti tibbi müayinəsi aparılacaqdır. Bu məqsədlə, 14.02.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Balaxanı qəsəbəsində yerləşən 22 saylı Şəhər Poliklinikası, Zabrat qəsəbəsində yerləşən 21 saylı Şəhər  Poliklinikası və Kürdəxanı qəsəbəsində yerləşən Kürdəxanı Sağlamlıq Mərkəzində aparılan tibbi müayinə ilə bağlı baxış keçirmişdir. R.Fərəcova qeyd etmişdir ki, bu mühüm layihənin yüksək səviyyədə təşkili üçün Rayon İcra Hakimiyyəti səhiyyə müəssisələri ilə birgə bütün təşkilati işləri həyata keçirərək əhali arasında izahat-maarifləndirmə işi aparmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görür.
   R.Fərəcova tibbi müayinədən keçən sakinlərin səhhəti ilə maraqlanaraq onların fikir və təkliflərini dinləmişdir.
Keçidlər