Şriftin ölçüsü :

Saytın rəngi :

Zabrat qəsəbəsində sakinlərlə səyyar görüş keçirildi

21 fevral 2018 | 20:00
  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 22.02.2018-ci il tarixdə Zabrat qəsəbəsində yerləşən Neftqazmaş ASC-də qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri,  RİH başçısı aparatının şöbə müdirləri, YAP Sabunçu rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri, RİH başçısının qəsəbə üzrə nümayəndəsi və qəsəbə bələdiyyəsinin sədri iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə açan RİH başçısı Adil Vəliyev səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər və cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən geniş danışdı.
   Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər və qaldırılan məsələlərlə bağlı RİH başçısı aidiyyəti qurumlara konkret tapşırıqlar verdi.
Keçidlər