Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı “Cümə” məscidində anıldı

22 fevral 2018 | 20:00
   Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar 23 fevral 2018-ci il tarixdə Sabunçu qəsəbəsində yerləşən “Cümə” məscidində rayonda fəaliyyət göstərən Dini İcmalar və  din xadimlərinin iştirakı ilə tədbir keçirilmişdir.
  İlk olaraq Azərbaycanın suverenliyi, azadlığı və müstəqilliyi uğrunda Qarabağ müharibəsində şəhid olan vətən oğullarının ruhlarına dualar oxundu. Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla iş təşkilatçısı Ədalət Teymurov, Sabunçu “Cümə” Məscidi Dini İcmanın sədri Zahir Mehdiyev və digər din xadimləri 20 Yanvar, Qarabağ müharibəsi, Xocalı soyqırımı və digər faciələr, Azərbaycan xalqının başına gətirilən müsibətlər, erməni cəlladlarının Xocalı sakinlərinin başlarına gətirdikləri vəhşiliklər barədə, həmçinin, ölkə rəhbəri cənab İlham Əliyev, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Xocalı soyqırımın beynəlxalq təşkilatlar, ölkələr tərəfindən soyqırım kimi tanınması istiqamətində gördüyü işlər və Heydər Əliyev    Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət” Beynəlxalq Kompaniyası çərçivəsində xarici ölkələrdə həyata keçirilən tədbirlərdən ətraflı danışdılar.
  Tədbirin sonunda bir daha Xocalı qətliamı nəticəsində dünyasını dəyişən insanların ruhlarına dualar oxundu.
Keçidlər