Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Xocalı soyqırımında vəfat edənlərin əziz xatirəsinə ehsan süfrəsi açıldı

23 fevral 2018 | 20:00
   Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar 24 fevral 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev RİH başçısının müavinləri və RİH başçısı aparatının məsul işçilərinin iştirakı ilə rayonun Pirşağı qəsəbəsində yerləşən “Qızıl Qum” sanatoriyasında müvəqqəti məskunlaşmış xocalılar və şəhid ailələri ilə görüş keçirmiş,məişət-sosial vəziyyətləri ilə maraqlanmış, onları narahat edən bir sıra problemləri  həll edərək digər məsələlərin həlli ilə  bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırmışdır.
  Görüşdən sonra Xocalı soyqırımında vəfat edənləriniyirmi altıncı ildönümü ilə əlaqədar qəsəbədə fəaliyyət göstərən “Mirakıl” restoranında açılmış ehsan süfrəsində Pirşağı qəsəbəsindəki “Qızıl Qum” sanatoriyasında müvəqqəti məskunlaşmış xocalılar, şəhid ailələri, rayon ictimaiyyəti, rayon ərazisində fəaliyyət göstərən  bir sıra QHT-in rayon şöbələri, rayon Ağsaqqallar Şurası, “Qızıl Aypara” Cəmiyyətinin rayon şöbələri və rayonda fəaliyyət göstərən Dini İcmaların nümayəndələri iştirak edirdilər.
Keçidlər