Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi Sabunçu rayonunda uğurla davam etdirilir

27 fevral 2018 | 20:00
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2018-ci ilin fevral  ayının 12-dən etibarən Sabunçu rayonunda əhalinin növbəti tibbi müayinədən keçirilməsi davam etdirilir. Bu məqsədlə, 28.02.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Ramana qəsəbəsində yerləşən 21 saylı Birləşmiş Şəhər Xəstəxanasında aparılan tibbi müayinə ilə bağlı baxış keçirmişdir. R.Fərəcova qeyd etmişdir ki, bu mühüm layihənin yüksək səviyyədə təşkili üçün Rayon İcra Hakimiyyəti səhiyyə müəssisələri ilə birgə bütün təşkilati işləri həyata keçirərək əhali arasında izahat-maarifləndirmə işi aparmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görür.
 R.Fərəcova tibbi müayinədən keçən sakinlərin səhhəti ilə maraqlanaraq onların fikir və təkliflərini dinləmişdir.
Keçidlər