Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ilə əlaqədar Bakıxanov qəsəbəsində kənd təsərrüfatı yarmarkası fəaliyyətə başlamışdır

02 mart 2018 | 20:00
  Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 72 saylı binanın qarşısındakı ərazidə Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı mallarının satış yarmarkası fəaliyyətə başlasmışdır. Yarmarkada  sakinlərə daha keyfiyyətli və daha ucuz kənd təsərrüfatı və emal müəssisələri məhsullarının satışı nəzərdə tutulur.
  Yarmarkanın Novruz bayramı ərəfəsində rayon əhalisinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının almasında   böyük rol oynadığı ilk günlərdən özünü göstərmişdir.
  03.03.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev RİH başçısının I müavini Güloğlan Məmmədov və müavin Rəna Fərəcova ilə təşkil olunmuş yarmarkada  iştirak etmiş,  satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olaraq onların fikirlərini dinləmişdir. Rayon sakinləri Novruz bayramı ərəfəsində bu cür yarmarkaların təşkilində göstərdiyi diqqət və qayğıya görə  ölkə rəhbərinə dərin təşəkkürlərini bildirərək yarmarkaya çıxarılmış kənd təsərrüfatı və emal müəssisələri məhsullarının çeşidləri,  keyfiyyəti və qiymətlərin ucuzluğu barədə razılıqlarını bildirmişlər.
Keçidlər