Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu üzrə yeni 2013\ 2014-cü tədris ilinin başlanması ilə əlaqədar aztəminatlı, imtiyazlı və ehtiyacı olan, şəhid və qaçqın ailələrindən olan, qəyyumluqda olan şagirdlər üçün məktəbli formaları paylanılmışdır

07 sentyabr 2013 | 19:00

     07 Sentyabr 2013-cü il ildə Bakıxanov qəsəbəsində yerləşən 271 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə rayonun aztəminatlı, imtiyazlı və ehtiyacı olan, şəhid və qaçqın ailələrindən olan, qəyyumluqda olan şagirdlərə 100 ədəd məktəbli forması paylanılmışdır.
         2013\2014-cü il yeni dərs ilinin başlanması  ilə əlaqədar olaraq Sabunçu rayonu İcra Hakimiyyəti tərəfindən məktəbli forması ilə təmin olunan ailələrin siyahısı tərtib edilmiş və Bakı Tikiş Evindən 100 ədəd müxtəlif  ölçüdə qız və oğlan üçün məktəbli forması alınmışdır.
         Tədbirdə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının I müavini Qəzənfər Həsənov rayonun aztəminatlı, imtiyazlı və ehtiyacı olan, şəhid və qaçqın ailələrindən olan, qəyyumluqda olan şagirdlərə yeni tədris ilində uğurlar arzulamışdır.

Keçidlər