Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Od Çərşənbəsi” qeyd edildi

05 mart 2018 | 20:00
   Bakı Şəhər İcra Hakimiyyətinin 78 saylı,19 fevral 2018-ci il tarixli “Bakı şəhərində “İlaxır çərşənbə” günü-Novruz bayramı münasibəti ilə tədbirlərin keçirilməsi haqqında” sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq 06 mart 2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zabrat qəsəbəsində yerləşən 81 nömrəli tam orta məktəbin həyətində rayonun Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələrinin sakinləri üçün Novruz şənliyi keçirildi. Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, müavin Rəna Fərəcova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin məsul əməkdaşları, RİH başçısı Aparatının məsul işçiləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və qəsəbə sakinləri iştirak edirdilər.
 Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov bayram tonqalını alovlandıraraq tədbiri açıq elan etmişdir və qəsəbə sakinlərini xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək sülh və əmin-amanlıq arzuladı.
 Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və müavin Rəna Fərəcova Azərbaycanda bu bayramın çox qədim zamanlardan əsl milli bayram kimi qeyd edildiyini, bolluq və bərəkət, xeyirxahlığın təcəssümü olduğunu söylədi.
Sonra qəsəbələrin mədəniyyət işçiləri və məktəblilər  hazırladıqları bayram əhval-ruhiyyəli proqramla tədbir iştirakçılarını sevindirdilər. Novruz personajları Kosa və Keçəlin mərasimə gəlməsi isə bayram tədbirinə rəng qatdı. Keçəl və Kosa çıxışlarının sonunda Bahar qızını mərasimə dəvət etdilər. Çıxışlarda Novruz bayramına aid bayatılar, şeir və musiqilər səsləndi.
Keçidlər