Əhalinin tibbi müayinədən keçirilməsi Sabunçu rayonunda uğurla davam etdirilir
08 mart 2018 | 20:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2018-ci ilin fevral ayının 12-dən etibarən Sabunçu rayonunda əhalinin növbəti tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
İnsan sağlamlığının qorunması iqtisamətində Ölkə başçısının əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq, Azərbaycanda bütün vətəndaşlarımızın sağlamlığının dövlətimiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Keçirilən aksiyada əsas məqsəd insanlarda xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etməkdir.
Bu mühüm layihənin yüksək səviyyədə təşkili üçün Rayon İcra Hakimiyyəti səhiyyə müəssisələri ilə birgə bütün təşkilati işləri həyata keçirərək əhali arasında izahat-maarifləndirmə işi aparmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görür.