Sabunçu rayonunda Seçki Məcəlləsinə əsasən Yerli İcra Hakimiyyətlərinə həvalə olunmuş məsələlərin icra vəziyyəti müzakirə edildi
08 mart 2018 | 20:00
09.03.2018-ci il tarixdə Sabunçu rayonunda RİH başçısı Adil Vəliyevin iştirakı ilə Seçki Məcəlləsinə əsasən Yerli İcra Hakimiyyətlərinə həvalə olunmuş məsələlərin icra vəziyyəti ilə bağlı iclas keçirildi.
İclasda Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, YAP-ın Sabunçu rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, kommunal xidmət sahələrinin rəhbərləri, RİH başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri və dairə seçki komissiyalarının sədrləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iclası açaraq qarşıdan gələn 11 aprel 2018-ci il tarixinə təyin olunmuş Prezident seçkiləri ilə əlaqədar seçki məntəqələrinin maddi-texniki bazasının gücləndirilməsi, seçki məntəqələrinin ətrafının və məntəqələrə aparan yolların abadlaşdırılması, təbliğat-təşviqat lövhələrinin yerləşdirilməsi, seçki məntəqlərində seçki sənədlərinin etibarlı saxlanmasını təmin etmək məqsədi ilə məntəqələrin lazımi avadanlıq və ləvazimatlarla təmin edilməsi, səsvermə günü seçki prosesini pozan və pozmağa cəhd edən, qanuna zidd hərəkətlərin qarşısının alınması və seçkilərin şəffaf şəkildə keçirilməsinin təşkil edilməsi istiqamətində görüləcək işlər barəsində aidiyyəti qurumlara tapşırıq və tövsiyyələrini verdi.