Sabunçu rayon məktəbliləri arasında intellektual yarışma keçirilmişdir
05 mart 2018 | 20:00
06 mart 2018-ci il tarixdə Sabunçu rayon 252 saylı tam orta məktəbdə Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Qələbəyə doğru” kuboku uğrunda Brain-ring intellektual oyunu keçirilmişdir.
Tədbirdə Sabunçu rayon Gənclər və İdman İdarəsinin müavini Malik Məmmədov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Mənzər Rzayeva və Sabunçu rayon 252 saylı tam orta məktəbin direktoru Xədicə Eminova iştirak etmişlər. Qeyd edək ki, tədbir Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin əsasnaməsinə uyğun olaraq, Sabunçu rayonu tərəfindən beş zona üzrə keçirilmiş və beş qalib komanda yekun final mərhələsində yarışmışlar. Yekun mərhələdə zonalar üzrə qalib olan 252 saylı tam orta məktəb, 309 saylı tam orta məktəb, 310 saylı tam orta məktəb, 72 saylı tam orta məktəb və 96 saylı tam orta məktəbi təmsil edən komandalar yarışmışlar.
Üç mərhələ üzrə keçən yekun final yarışda Bakıxanov qəsəbəsi 310 saylı tam orta məktəbi təmsil edən komanda birinci yerin qalibi olaraq finala vəsiqə qazanmış və Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunmuşlar.