Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Yel Çərşənbəsi” təntənəli şəkildə qeyd olundu

12 mart 2018 | 20:00
   Bakı Şəhər İcra Hakimiyyətinin 78 saylı,19 fevral 2018-ci il tarixli “Bakı şəhərində “İlaxır çərşənbə” günü-Novruz bayramı münasibəti ilə tədbirlərin keçirilməsi haqqında” sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq 13 mart 2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya təlimli internat məktəbinin həyətində “Yel çərşənbəsi”  qeyd edildi.
  Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Dilarə Cəbrayılova, RİH başçısının müavinləri, RİH başçısı Aparatının məsul işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri və Maştağa, Nardaran və Bilgəh qəsəbələrinin sakinləri iştirak edirdilər.
Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbirdə çıxış edərək şənlik iştirakçılarını salamladı, onları baharın gəlişi, “Yel Çərşənbəsi”münasibəti ilə təbrik etdi və sülh və əmin-amanlıqla dolu bir il arzuladı. A.Vəliyev Novruz bayramının əsrlərin sınağından çıxan, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan, insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsini təcəssüm etdirən bir bayram olduğunu qeyd edərək Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri sayəsində xalqımızın  milli-mənəvi dəyərləri və adət-ənənələrinin qorunub saxlanıldığı və daha da inkişaf etdirildiyini vurğuladı.
 Sonra 11 saylı İnteqrasiya təlimli internat məktəbinin şagird kollektivi hazırladıqları bayram əhval-ruhiyyəli proqramla tədbir iştirakçılarını sevindirdilər.  Novruz personajları Kosa və Keçəlin mərasimə gəlməsi isə bayram tədbirinə rəng qatdı. Keçəl və Kosa çıxışlarının sonunda Bahar qızını mərasimə dəvət etdilər. Çıxışlarda Novruz bayramına aid bayatı, şeir və musiqilər səsləndirildi.
  Sonda Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ənənəvi olaraq çərşənbə tonqalını yandırdı.
Keçidlər