Sabunçu rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli şəkildə yola salındılar
25 mart 2018 | 20:00
26.03.2018-ci il tarixdə “Ölkəmizi tanıyaq” maarifləndirici 9-cu tur-aksiya çərçivəsində Sabunçu rayonundan 27 məktəbli və 3 nümayəndə olmaqla 30 nəfərlik heyət Naxçıvan Muxtar Respublikasına yola düşdü.
Məktəblilər martın 30-dək Naxçıvanın tarixi və mədəniyyət abidələri, adət-ənənələri, bu qədim diyarın müasir simasını əks etdirən yerləri ilə tanış olacaqlar.
Tur-aksiyanın əhəmiyyətindən danışan qrup rəhbəri Ceyhun Abbasov bildirib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasının bu mərhələsində məktəblilər indiyədək görmədikləri bölgələrimizdə olacaq, o yerləri daha yaxşı tanıyacaqlar. Bu, şagirdlərdə vətənpərvərlik hissinin yüksəlməsinə və səyahətdən xoş təəssüratlarla qayıtmalarına səbəb olacaq.

Digər şagirdlər də doğma Azərbaycanımızın ayrı-ayrı guşələrini gənc nəslə daha yaxından tanıtmaq məqsədilə reallaşdırılan tur-aksiyanın təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıq bildirdilər.
Sonra Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan nağara və rəqs qrupları, davul və zurnaçılar dəstəsi və Novruz personajları olan Kosa və Keçəl xüsusi əyləncəli proqram nümayiş etdirərək məktəbliləri təntənəli şəkildə Naxçıvana yola saldılar.