Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 31 mart -Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirildi

30 mart 2018 | 20:00
  31.03.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının birinci müavini Güloğlan Məmmədov, müavinlər Rəna Fərəcova, Avtandil Hüseyn-zadə, xidmət sahələrinin rəisləri, rayon ərazisində fəaliyyət göstərən müəssisə rəhbərləri, RİH başçısının qəsəbələr üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
  Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. A.Vəliyev qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.
  Daha sonra çıxış edən Müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatının Sabunçu rayon şöbəsinin sədri Elxan Mirzəyev və Qarabağ müharibəsi əlilləri və şəhid ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Zülfüqar Cəfərov tarixin qanlı səhifələrinə iz qoyan faciələrdə azərbaycanlıların nümayiş etdirdiyi qəhrəmanlıq nümunələrindən söz açdılar.
Keçidlər