Əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı səhiyyə müəssisələrinə baxış keçirilmişdir
03 aprel 2018 | 20:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2018-ci ilin fevral ayının 12-dən etibarən Sabunçu rayonunda əhalinin növbəti tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir. Bu məqsədlə, 04.04.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanası, Bilgəh qəsəbəsində yerləşən 28 saylı Birləşmiş Şəhər Xəstəxanası və Nardaran qəsəbəsində yerləşən 8 saylı Şəhər Xəstəxanasında aparılan tibbi müayinə ilə bağlı baxış keçirmişdir. R.Fərəcova qeyd etmişdirki, bu mühüm layihənin yüksək səviyyədət əşkili üçün Rayon İcra Hakimiyyəti səhiyyə müəssisələri ilə birgə bütün təşkilati işləri həyata keçirərək əhali arasında izahat-maarifləndirmə işi aparmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görür.
R.Fərəcova tibbi müayinədən keçən sakinlərin səhhəti ilə maraqlanaraq onların fikir və təkliflərini dinləmişdir.
R.Fərəcova tibbi müayinədən keçən sakinlərin səhhəti ilə maraqlanaraq onların fikir və təkliflərini dinləmişdir.