Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 9-cu tur aksiya iştirakçıları həmyaşıdları ilə öz təəssüratlarını bölüşdülər

04 aprel 2018 | 20:00
  05.04.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici IX tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Sabunçu məktəbliləri həmyaşıdları ilə təəssüratlarını bölüşdülər.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Ceyhun Abbasov və Ülviyyə Rufullayeva, 67 nömrəli tam orta məktəbin direktor müavini Azad Kələşov, 142 nömrəli tam orta məktəbin direktoru Gülnaz Abdullayeva və IX tur-aksiyada fəallığı ilə seçilən məktəblilər iştirak edirdilər.
  Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi və IX tur-aksiyada nümayəndə heyətinin üzvü olan Ceyhun Abbasov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, onların tərbiyəli, savadlı və vətənpərvər böyüməsi istiqamətində atılan ən mühüm addımdır.
  Daha sonra çıxış edən tur-aksiya iştirakçıları ölkəmizin tarixi, milli adət-ənənələri, mədəniyyətini dərindən öyrənməklə yanaşı, ölkədə gedən dinamik sosial-iqtisadi inkişafla daha yaxından tanış olduqlarını, həmçinin, mehriban və  səmimi dostluq əldə etdiklərini vurğuladılar və bu layihənin həyata keçirilməsi və onlara unudulmaz anlar yaşatdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
  Sonda IX tur-aksiya iştirakçılarının Naxçıvana səfərlərini əks etdirən video-çarx nümayiş etdirildi.
Keçidlər