Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsində sakinlərlə səyyar görüş keçirildi

13 aprel 2018 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 14.04.2018-ci il tarixdə Maştağa Mədəniyyət Mərkəzində rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, Milli Məclisin üzvləri, YAP Sabunçu rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının qəsəbələr üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə açan RİH başçısı Adil Vəliyev səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər və cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən geniş danışdı.
   Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər və qaldırılan məsələlərlə bağlı RİH başçısı aidiyyəti qurumlara konkret tapşırıqlar verdi.

 

Keçidlər