Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu məktəbliləri “Qələbəyə doğru” intellektual oyununun qalibi oldular

19 aprel 2018 | 20:00
  20 aprel 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın 95-ci ildönümünə həsr olunmuş “Qələbəyə doğru” intellektual oyununun final mərhələsi keçirilmişdir. Bakıətrafı kənd və qəsəbələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Qələbəyə doğru” intellektual oyununun final yarışında iştirak etmək hüququnu seçim turlarında qalib olan komandalar qazanıblar. Final yarışında Sabunçu rayonunu təmsil edən 310 nömrəli tam orta məktəbinin şagirdlərindən ibarət “Bakıxanov” komandası 15 komanda arasında birinci yerə layiq görülərək
  "Qələbəyə doğru" kuboku ilə təltif olunmuş, diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
  Daha sonra Zərifə xanım Əliyevanın 95-ci ildönümünə həsr olunmuş “Qələbəyə doğru” intellektual oyununun bağlanış mərasimi keçirilmişdir.
  Mərasimdə əvvəlcə Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan "Nur dolu ömür" adlı film nümayiş olunmuşdur.
  Azərbaycanın dünyada ailə, uşaq və gənclər siyasətinə xüsusi önəm verən az sayda ölkələrdən biri olduğunu öz çıxışında qeyd edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, uşaq və gənclər dövlətin verdiyi imkanlardan faydalanaraq öz bilik və bacarıqlarının artırılması üçün çalışmalı, vətənpərvər olmalıdırlar.
  H.Hüseynova qeyd etmişdir ki, “Qələbəyə doğru” kimi intellektual oyunların keçirilməsi uşaqların Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli ziyalıları barədə məlumatlarının artırılması baxımından çox dəyərlidir. Zərifə xanım Əliyevanın da intellektual gənclərə böyük diqqət göstərdiyini, onun öz ətrafına daim gəncləri topladığını, onlara yol göstərdiyini vurğulayan komitə sədri qeyd edib ki, Zərifə xanım Əliyevanın arzularından biri Azərbaycanın uşaq və gənclərini intellektual səviyyəli, bacarıqlı, savadlı görmək olub.
  H.Hüseynova bildirmişdir ki, Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Qələbəyə doğru" intellektual yarışının məqsədi də gənclərin Azərbaycanın tarixi, mədəniyyəti, ziyalıları haqqındakı biliklərini artırmaq, onların düşüncələrini, sərbəst fikir yürüdə bilmək bacarıqlarını inkişaf etdirməsinə yardım etməkdir.
  Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında akademik Zərifə xanım Əliyevanın Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biri olduğunu söyləmişdir.
  Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva bildirmişdir ki, akademik Zərifə xanım Əliyeva tibb sahəsində böyük alim olmaqla yanaşı, həm də tarixi araşdırmaçı olub.
  Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd etmişdir ki, gözəl alim olmaqla yanaşı, gözəl həyat yoldaşı da olan Zərifə xanım Əliyeva ümummili lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq, arxa olub.
  Sonda “Qələbəyə doğru” intellektual oyununun qalibi olan Sabunçu rayonunu təmsil edən komanda mükafatlandırılmışdır.
 
Keçidlər