Sabunçu rayonunda “Qeyri-ənənəvi din, təriqətlər və onların mahiyyəti” mövzusunda tədbir keçirilmişdir
23 aprel 2018 | 20:00
24.04.2018-ci il tarixində Sabunçu rayonu Bakıxanov qəsəbəsi 12 saylı Bakı Peşə Liseyinin akt zalında Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qeyri-ənənəvi din, təriqətlər və onların mahiyyəti” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini Ədalət Teymurov, DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, “İmam Rza” Dini İcmanın sədri axund Əmirxan Tahirov və digər şəxslər iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini Ədalət Teymurov Ulu Öndərin əsasını qoyduğu dövlət-din münasibətləri modeli sayəsində respublikamızda vicdan azadlığının tam təmin edilməsi, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olması, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açaraq, qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizmin bütün cəmiyyətlər üçün bəlaya çevrilməsi, bəzi qüvvələr tərəfindən din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq cəhdləri, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaqları, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə və onların qarşısının vaxtında alınması istiqamətində dövlətin aidiyyəti qurumları tərəfindən görülən işlər, həyata keçirilən islahatlardan geniş söz açdı.
Tədbirdə çıxış edən 12 nömrəli Bakı Peşə Liseyinin müəllimi Asif Bayramov, Bakı Dövlət Sosial İqtisad Kollecinin metodisti Sveta Behbudova, 1 nömrəli Bakı Peşə Liseyinin Kimyəvi analiz laboratoriyası ixtisası üzrə I kurs şagirdi Ləman Məmmədova, DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov və “İmam Rza” Dini İcmanın sədri axund Əmirxan Tahirov dini ekstremizm və radikalizmin mahiyyəti, yaranma səbəbləri, dini ekstremizm və radikalizmə qarşı mübarizədə dövlət qurumları ilə yanaşı, cəmiyyətin müsbət rolu, müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında geniş söz açdılar və ətraflı məlumat verdilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.