Sabunçu Rayon İcra Hakimiyyətində Çernobıl faciəsinin növbəti ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
25 aprel 2018 | 20:00
26.04.2018-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında Çernobıl faciəsinin növbəti ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan RİH başçısının I müavini Güloğlan Məmmədov aprel aynın 26-da 20-ci əsrin ən dəhşətli qəzalarından olan Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv şüalanma və bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan bu qəzanın gətirdiyi dəhişətli fəsadlar haqqında məlumat verdi.
G.Məmmədov çıxışında bildirdi ki, bu hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olmuşdur. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşdür. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərmişdir. Hadisədən artıq 32 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər.
Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdır. Dövlət qayğısı, onların pensiya və müavinətləri ölkə başçısı cənab İlham Əliyevin göstərişi ilə daha da artırılmışdır və ölkəmizdə əlillərin müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edən “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Elxan Salmanov bildirib ki, bu faciədə sağlamlığını itirmiş insanlar uzun müddət taleyin hökmünə buraxılmışdı. Yalnız Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılmış, onların statusu müəyyənləşdirilmiş, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülmüş və onlara dövlət tərəfindən müavinət təyin edilmişdir. Bu qayğı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılmış, onların sosial müdafiəsi gücləndirilmişdir. İctimai Birliyin rayon şöbəsinin sədri E.Salmanov və digər çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını birdirdilər.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Çernobıl əlillərinə maddi yardım edildi.