Sabunçu rayonunda görkəmli alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə ehtiram əlaməti olaraq "Qan ver - Yaşat" aksiyası keçirilmişdir
25 aprel 2018 | 20:00
26.04.2018-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Sabunçu rayon təşkilatının qərargahında görkəmli alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə ehtiram əlaməti olaraq "Qan ver-Yaşat" aksiyası keçirilmişdir. Qanvermə prosesini Səhiyyə Nazirliyi Hematologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadası həyata keçirmişdir. Aksiyada Sabunçu rayonu üzrə könüllü olaraq 287 nəfər iştirak etmişdir.
Qeyd edək ki, talessemiyalı və hemofiliyalı xəstə uşaqlar üçün kömək məqsədi ilə təşkil olunan bu aksiya artıq 10 ildir ki, bütün Sabunçu rayonu üzrə ənənəvi olaraq həyata keçirilir.