Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsində sakinlərlə növbəti səyyar qəbulu keçirildi

29 aprel 2018 | 20:00
  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 30.04.2018-ci il tarixdə Bakıxanov qəsəbəsində Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasında rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri,  RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının qəsəbələr üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
  Qəbula gələn sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər və qaldırılan məsələlərlə bağlı RİH başçısı aidiyyəti qurumlara konkret tapşırıqlar verdi.
 
Keçidlər