Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 9 May - Qələbə günü ilə əlaqədar şənlik keçirilmişdir

08 may 2018 | 20:00
   09.05.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu qəsəbəsində yerləşən “Ülvi” şadlıq evində  9 May - Qələbə günü münasibəti ilə geniş bayram süfrəsi təşkil edilmişdir.
  Bayram süfrəsində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, müavin Rəna Fərəcova, rayonda fəaliyyət göstərən bir sıra QHT-nin rayon təşkilatlarının sədrləri və üzvləri iştirak edirdilər.
   Bayram tədbirini Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov açaraq, 9 May - Qələbə günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və Böyük Vətən Müharibəsi illərində qəhrəmanlıq yolu keçmiş vətən oğullarının xalqımızın qəlbində əbədi yaşayacağını qeyd etdi.
  Digər çıxış edənlər ölkə rəhbərinin veteranlar, əlillər, social kateqoriyaya malik ailələrə göstərdiyi diqqət və qayğıdan söz açdılar, Böyük Vətən Müharibəsi iştirakçılarına, onların ailələrinə və əmək veteranlarına edilən yardım və güzəştlərə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
  Veteranlar üçün təşkil edilmiş bayram süfrəsi maraqlı bədii-əyləncəli konsert proqramı ilə davam etdirildi.
Keçidlər