Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2013-cü ilin doqquz ayının yekunları müzakirə olunmuşdur

19 oktyabr 2013 | 19:00

19 Oktyabr 2013-cü ildə Sabunçu rayonu İcra Hakimiyyətinin akt zalında 2013-cü ilin doqquz ayında Sabunçu rayonunun sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaq keçirilmişdir.

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, din xadimlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
         İclasın əvvəlində rayon ictimaiyyəti ölkə başçısı möhtərəm İlham Heydər oğlu Əliyevi oktyabr ayının 9-da keçirilən Prezident seçiklərində qazandığı inamlı qələbə münasibəti ilə təbrik etmiş, xalqımızın rifahı və ölkəmizin gələcək inkişafı naminə Ali dövlətçilik fəaliyyətində uğurlar uğurlar arzulamışlar.
         İclası giriş sözü ilə çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat vemişdir. 
         Cənab Prezident 2013-cü ilin doqquz ayının çox uğurlu keçdiyini, qarşıda duran bütün vəzifələrin icra edildiyini bildirmişdir. O, qeyd etmişdir ki, bütün makroiqtisadi göstəricilər yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 5,4 faiz artmışdır. Azərbaycanda aparılan islahatlar, iqtisadiyyatımızın şaxələndirilməsi siyasəti davam etdirilmiş, nəticədə qeyri-neft sektorumuz doqquz ayda 10,4 faiz artmışdır ki, bu da dünya miqyasında ən yüksək göstəricidir. Hazırda qoyulan investisiyalar, yaradılan yeni iş yerləri, inkişaf üçün lazım olan yeni istiqamətlər, sənaye istehsalının yeni istiqamətləri əminik ki, gələcək illərdə də qeyri-neft sektorunun yüksək templərlə inkişafını təmin edəcəkdir. Beləliklə, Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən asılılığını gələcəkdə tamamilə aradan götürəcəkdir.
         2013-cü ilin doqquz ayında kənd təsərrüfatı təxminən 5 faiz artmışdır. İnflyasiya cəmi 2,3 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 7,6 faiz artmışdır. Yəni son 10 il ərzində olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə üstələyir və beləliklə insanların rifah halının yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır.
         Cənab Prezident qeyd etmişdir ki, “Makroiqtisadi vəziyyətin sabitliyinə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. Bu yaxında Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarına görə isə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətliyinə görə 39-cu yerdədir. Bu tarixi nəticədir, böyük qələbədir və dünya miqyasında ilk 40 ölkə sırasına daxil olmaq islahatların, düşünülmüş siyasətin, bizim uğurlarımızın nəticəsidir”.
         Əlbəttə ki, bu, Azərbaycanı dünyada sürətlə və dinamik inkişaf edən ölkə kimi təqdim edir və Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsində də bizə kömək göstərəcəkdir.
         İnvestisiya iqliminə görə Azərbaycan postsovet məkanında və regionda çox cəlbedici ölkədir. Hazırda Azərbaycan artıq xarici investisiyalardan asılı deyil və investisiya portfelimizdə daha çox daxili investisiyalar öz yerini tapmışdır. Belə ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulmuşdur ki, onlardan 10,5 milyardı, yəni 59,3 faizi daxili investisiyalardır.
         Ölkədə büdcə xərcləri ilə yanaşı valyuta ehtiyaclarımızda artmaqda davam edərək hazırda 49,4 milyard dollara çatmışdır. Bu da 9,4 milyon əhalisi olan ölkə üçün çox böyük göstəricidir.
         Azərbaycan sosial siyasətin aparılmasında da nümunə ola bilər. Bu il 200-ə yaxın məktəb əsaslı təmir edilib, yaxud yenidəın tikilib, 9 ay ərzində 90 minə yaxın yeni iş yeri açılıb. İşsizlik 5 faizdən aşağı olmuşdur. Bu ilin yekunlarına görə yoxsulluq 6 faizdən aşağı olacaqdır. Əlbəttə bütün bu nailiyyətlərin əsasında ölkədə sosial proqramların icrası durur.
         Cənab Prezident öz yekun nitqində növbəti beş il ərzində də bölgələrdə və eləcə də Bakı qəsəbələrində mövcud olan bütün sosial və iqtisadi məsələlərin həlli üzrə tədbirlərin davam etdiriləcəyini bildirmişdir.
         2013-cü ilin 9 ayı ərzində Sabunçu rayonunun iqtisadi və sosial sahələrində də dinamik inkişaf davam etmiş, bütün göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
         Belə ki, cari ilin 9 ayı ərzində rayonun sənaye müəssisələri və idarələri tərəfindən məhsul istehsalının ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətən 32,1 faiz artaraq 289,5 mln.manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 151,3 mln.manat təşkil etmiş, tikinti-quraşdırma işlərinə ayrılmış vəsaitin həcmi 3,1 faiz artaraq 127,5 mln.manat, öz gücü ilə yerinə yetirilmiş podrat işlərinin həcmi 94,0 faiz artaraq 129,8 mln.manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 18,3 faiz artaraq 110,2 mln. manat, pərakəndə əmtəə dövriyyəsi 0,8 faiz artaraq 302,5 mln.manat olmuşdur. Rayon üzrə bir işçiyə düşən orta aylıq əmək haqqı 9,4 faiz artaraq 430,2 manat, o cümlədən sənayedə çalışanların əmək haqqı da 13,7 faiz artaraq 556,8 manat təşkil etmişdir.
         Cari ilin 9 ayı ərzində rayonda 1786 yeni iş yerləri açılmışdır.
         Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərrbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı, 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində, eləcə də mərkəzi dövlət orqanları, Bakı şəhəri və rayonun daxili imkanları hesabına 9 ay ərsində böyük həcmli tikinti-quraşdırma və abadlıq işləri görülmüş, sosial əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Biz bu barədə əvvəlki yığıncaqlarda ətraflı məlumat vermişik. Yalnız onu qeyd etmək istəyirəm ki, həmin Proqram çərçivəsində 252 N-li orta məktəb üçün tikilmiş 800 şagird yerlik yeni korpusun və əsaslı təmiri başa çatmış 80 N-li orta məktəbin sentyabrın 12-də keçirilmiş açılış mərasimində cənab İlham Əliyev iştirak etmiş, rayonda bu və digər sahələrdə aparılan işləri yüksək qiymətləndirərək bizə öz əlavə tövsiyyələrini vermişdir.
         Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2013-cü il tarixli sərəncamına əsasən Sabunçu rayonunun Zabrat, Nardaran və Maştağa qəsəbələri ərazisindəki avtomobil yollarının tikintisi və yenidən qurulması üçün Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat vəsait ayrılmışdı. Həmin vəsait hesabına artıq icra hakimiyyətinin sifarişi ilə Zabrat qəsəbəsində 14 küçədə 106 min kv.m, Nardaran qəsəbəsində 13,5 min kv.m, Maştağa qəsəbəsində isə 17,5 min kv.m yol tikintisi və asfalt örtüklərinin vurulması işləri yerinə yetirilmişdir. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Maştağa qəsəbəsinin bir sıra küçələrində 65 min kv.m-ə yaxın yolda təmir işləri aparılaraq yeni asfalt örtüyü vurulmuşdur. Bildiyiniz kimi cənab Prezident həmin sahələrdə aparılan işlərlə yerində tanış olmaq üçün sentyabrın 2-də Maştağa qəsəbəsində olmuş, sakinlərlə görüşmüşdür. Ümumiyyətlə bu və digər mənbələr hesabına rayonun qəsəbədaxili yollarında 9 ay ərzində 300 min kv-m-dən çox yeni asfalt örtüyü vurulmuş, ətraf sahələr abadlaşdırılmışdır.
         Zabrat qəsəbəsindəki kəskin qəza vəziyyətində olmuş, keçmiş 2N-li uşaq bağçasının binasında məskunlaşmış 10 ailə köçürülməklə icra hakimiyyəti tərəfindən aparılan təmir-bərpa işləri də artıq başa çatdırılmışdır.
         Bundan əlavə daxili imkanlar hesabına Bakıxanov qəsəbəsində RİHB-nın Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi üçün yeni ikimərtəbəli, 81 və 47N-li MKİS üçün birmərtəbəli və Hacınski küçəsi 21A ünvanında sakinlər üçün sahəsi 300 kv.m olan xeyir-şər evi tikilərək istifadəyə verilmişdir.
         Rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurma, əsaslı təmir işləri ilə yanaşı Bakıxanov qəsəbəsi ərazisində Sabunçu rayon və 2 saylı Bakı İnzibati-İqtisad Məhkəmələri üçün binalar inşa edilməkdədir. Rayon Prokurorluğunun yeni inzibati binası isə artıq istifadəyə verilmişdir.
         Bakıxanov qəsəbəsində Heydər Əliyev adına istirahət parkında xüsusi layihə əsasında yenidənqurma işlərilə yanaşı orada Heydər Əliyev Mərkəzinin də inşası davam etdirilir.
         Y.Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə bağlı bir sıra kommunikasiya xətlərinin yeri dəyişdirilmiş, oradakı yüksək gərginlikli hava xəttinin yeraltı xətlərlə əvəz edilməsi ilə bağlı işlər başa çatdırılmışdır. Burada yola yeni asfalt örtüyünün vurulması işləri aparılır və yaxın günlərdə tam istifadəyə veriləcək. Eyni zamanda Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsi boyu Bakıxanov körpüsünə qədər yolun hər iki tərəfində hasar və tikililər bərpa olunmaqla orada müasir üslubda aqlay daşlarla üzlənmə və digər yaşıllaşdırma işləri aparılmış və hazırda davam etdirilir.
         Bundan başqa dəmiryolu vağzalı ətrafında ötən əsrin 80-90-cı illərində plansız inşa edilmiş onlarla ticarət, ictimai iaşə və digər obyekt sahiblərinə kompensasiya ödənilərək orada müasir tələblərə cavab verəcək uzunluğu 180 m, eni 33 m olan 3 mərtəbəli modern tipli ticarət mərkəzinin tikintisinə hazırlıq işləri aparılır.
         Bakıxanov qəsəbəsinin Y.Əliyev, M.Fətəliyev, S.Mehmandarov küçələrində aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı tikinti norma və qaydalarına cavab verməyən onlarla yöndəmsiz obyekt, eyvan, hasar, qaraj və çəpərlər sökülmüş, xüsusi layihələr əsasında yaşayış binalarının fasadları aqlayla üzlənib, fasad tərəfdən qapı və pəncərələr dəyişdirilməklə yastı dam örtükləri hündür metal örtüklərlə əvəz olunmuşdur. Artıq bu binalardan 23-də üzlənmə, 17-də dam örtüyünün vurulması işləri başa çatdırılmış, 2-də işlər tamamlanmaq üzrədir, 8 binada isə davam etdirilir.
         O da qeyd edilməlidir ki, indiyədək bu və digər mərkəzi və daxili yolların kənarlarında 8500 kv-m-ə yaxın sahəyə həmişə yaşıl örtük (qazon), 3 minə yaxın müxtəlif növ ağac və kol əkilmiş, Zabrat-Maştağa mərkəzi yolun açılışı zamanı orada böyük həcmli abadlıq işləri aparılmışdır. Bakıxanov dəmiryolu keçidindən Sabunçu qəsəbəsinə tərəf körpüyə qədər yolun hər iki tərəfində ərazi tam abadlaşdırılaraq böyük həcmli yaşıllaşdırma işləri görülmüşdür.
         Ümumiyyətlə 2013-cü ilin sonuna kimi Bakıxanov qəsəbəsinin Sülh, Gənclik, R.Qənbərov və sair mərkəzi küçələrinin, yollarının genişləndirilməsi, yeni səkilərin salınması, yaşayış binalarının aqlayla üzlənməsi, dam örtüklərinin, qapı-pəncərələrinin yeniləşdirilməsi, müasir küçə işıqlarının quraşdırılması, yaşıllıq zolaqlarının salınması və digər abadlıq işlərinin aparılması nəticəsində qəsəbənin həmin mərkəzi küçələrinin görkəmi əsaslı surətdə dəyişəcəkdir.
         Rayonda, əsasən də köhnə neft-mədən ərazilərində rekultivasiya işlərinin aparılması, çirkli gölməcələrin doldurulması işləri davam etdirilmiş, Yeni Ramana və Sabunçu qəsəbələri arasında köhnə yod zavodunun tikililəri sökülərək, oradakı zərərli tullantılar təmizlənmiş 6,5 ha sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park salınmışdır. Həmin istiqamətdə yeni Ramanaya qədər yolun hər iki tərəfində geniş abadlıq və təmir-bərpa işləri aparılmışdır.
         Cari ilin əvvəlindən əhalinin qaz, su, elektrik enerjisi, istilik, və rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində və eləcə də mənzil fondunun təmir-bərpası üzrə də xeyli işlər görülmüş və indi də davam etdirilir ki, bu barədə geniş məlumat verilməsinə ehtiyac duymuram. Belə ki, bunlarla bağlı burada məndən sonra çıxış edəcək şəxslər də bəzi məlumatlar verəcəklər.
         2013-cü ilin 9 ayı ərzində qəsəbə nümayəndəlikləri, bələdiyyələr və Mənzil Kommunal İstismar Sahələri tərəfindən məişət tullantılarının zibil meydançalarından vaxtı-vaxtında daşınıb-təmizlənməsi, abadlıq, yaşıllaşdırma işlərinin aparılması üzrə xeyli işlər görülmüşdür.
         Sanitar-təmizlik və abadlıq işlərinin daha intensiv və keyfiyyətlə aparılmasında ötən il MKTB-nin yeni texnika ilə təchizatının böyük rolu olmuşdur. Cari ilin əvvəlindən isə 150 ədəd əlavə konteyner alınaraq Kommunal Təsərrüfat İdarəsinə verilmiş və bununla da konteynerlərin sayı 1324-ə çatdırılmışdır. Bundan əlavə görülmüş tədbirlər əsasında 280-dən çox məişət tullantıları üçün nəzərdə tutulmuş meydanca təmir edilmiş, 45 yerdə yeni müasir tipli meydança tikilmiş onların əksəriyyəti konteynerlərlə təmin olunmuşdur. Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının həyətlərindəki və ətraflardakı onlarla qeyri-qanuni tikili, dəmir qaraj, yöndəmsiz çəpərlər sökülərək ərazi abadlaşdırılmışdır. Demək olar ki, artıq bu sahədə ciddi çətinliklər olmur. 
         Eyni zamanda təəssüflə qeyd etmək istərdim ki, bəzi qəsəbələrdə nəzarətin zəifləməsi nəticəsində vətəndaşlar tırıfindən qanunsuz tikinti işlərinin aparılması, küçə ticarəti, eləcə də yol kənarlarında ət kəsimi və heyvan satışı mövcuddur ki, bunların da qarşısı birdəfəlik alınmalıdır. Biz burada konkret ünvanlar göstərmək istəmirik. Hər kəs bu sahədə öz üzərinə düşən vəzifələri yaxşı bilir. Əgər bu sahədə dönüş yaranmasa biz bu məsələlərə yenidən ayrıca qayıdacağıq.
         Rayon İcra Hakimiyyəti 2013-cü ilin əvvəlindən öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra hakimiyyətləri haqqında” əsasnaməyə və digər mövcud qanunvericilikıərin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin hərtərəfli inkişafına çalışmışdır.
         Cari ilin 9 ayı ərzində İcra Hakimiyyəti Aparatına 3130 ərizə və 2010 məktub daxil olmuş İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində 191 nəfər, keçirilmiş 25 səyyari görüşlərdə isə 257 nəfər vətəndaş qəbul edilmişdir. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, yazılı və şifahi izahatlar verilmişdir. Zəruri hallarda hər cür köməklik göstərilmişdir.
         Belə ki, edilmiş müraciətlər əsasında 9 ay ərzində vətəndaşlara İcra Hakimiyyəti, qəsəbələr üzrə nümayəndəlikər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə maddi yardım, evlərin təmiri, məişət avadanlıqlarının alınması və s. kömək məqsədilə 185 min manatdan çox maddi yardımlar göstərilmişdir.
         Rayon ərazisində 50-dək müxtəlif binalarda məskunlaşmış 2100 məcburi köçkün ailələrinin məişət-kommunal şəraitlərinin yaxşılaşdırılması istiqamətində müəyyən təmir-bərpa işlərinin aparılmasına köməkliklər edilmiş, onların enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi nəzarətə saxlamışdır.
         Bundan başqa “20 Yanvar hüzn günü”, “Xocalı faciəsi”, “Azərbaycanlıların soyqırımı günü” və “Novruz bayramı” ilə bağlı rayonda hər il olduğu kimi silsilə tədbirlər keçirilmişdir. Respublikanın bütün bölgələrində olduğu kimi Sabunçu rayonunda da Ulu Öndər Heydər Əliyevin “90 illik yubileyi” və Qələbə Günü münasibətilə mayın 9-da Bakıxanov qəsəbəsində və Milli Qurtuluş Günü münasibətilə isə iyunun 14-də Maştağa qəsəbəsində ATV televiziya kanalı ilə birgə böyük konsert təşkil edilmişdir.
         Bildiyiniz kimi oktyabrın 9-da respublikamızda Xalqımızın gələcək taleyində mühüm əhəmiyyət kəsb edən növbəti Prezident Seçkiləri keçirilmişdir. Bununla bağlı rayonda fəaliyyət göstərən hər 3 dairə seçki komissiyası və 104 seçki məntəqələrinin hazırlığı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada üzərimizə düşən bütün vəzifələri yerinə yetirilərək seçkilərin ən yüksək səviyyədə keçirilməsi təmin edilmişdir. Ölkəmizin digər bölgələrində olduğu kimi Sabunçu seçicilərinin də mütləq əksəriyyəti seçimlərini düzgün edərək Ulu Öndər Heydər Əliyevin siyasi xəttini inamla davam etdirən, artıq bütün sahələrdə böyük uğurlara nail olan, doğma Xalqını və Vətənini dərin məhəbbətlə sevən, tərəqqipərvər, iradəli Prezidentinə - İlham Əliyevə səs vermişlər.
         Bu böyük uğur münasibətilə hamınızı təbrik edir, seçkilərin təşkilində əməyi olmuş hər bir şəxsə öz təşəkkürümü bildirirəm!
         İnanıram ki, Azərbaycanımızı inamla inkişaf etdirən, xalqımızı işıqlı gələcəyə doğru aparan, müdrik Dövlət Başçımız İlham Əliyevin ətrafında bundan sonra da daha sıx birləşərək qarşımıza qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəyik.
         Bu işdə hər birinizə uğurlar arzulayıram! Sağ olun!
         Daha sonra tədbirdə Sabunçu rayon Əhalinin sosial müdafiə mərkəzinin direktoru Nadir Tağıyev çıxış etdi.
         Ölkəmizin dinamik inkişafı sayəsində bütün sosial proqramlar icra edilir. Pensiyalar artır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir ki, bu da imkansızlara Azərbaycan dövləti tərəfindən dəstəkdir.
        Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2013-cu ilin 9 ayı ərzində 2108 ailənin 8465 nəfər ailə üzvünə orta hesabla hər ailəyə 128.89 manat olmaqla ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.
         Möhtərəm Prezidentimizin müvafiq fərman və sərəncamlarına uyğun olaraq 279 nəfər şəhid ailəsinə, 8 Milli Qəhrəman ailəsinə, 5 nəfər 20 Yanvar faciəsi zamanı şəhid olan şəxslərin ailələrinə Prezident təqaüdü, 1364 nəfərə kommunal nəqliyyat və digər xidmətlərə görə müavinət, 8007 nəfərə sosial müavinət təyin olunaraq ödənilmişdir.
         Azərbaycan Respublikası Prezidentinin “Fəxri adlara görə aylıq təqaüdün artırılması haqqında” 26.08.2013-cü il tarixli 3095 nömrəli Sərəncamı “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi barədə” 28.08.2013-cü il tarixli 954 nömrəli Fərmanı, Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 953 nömrəli Fərmanı, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında 23.08.2013-cü il tarixli 952 saylı Fərmanı, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında 29.08.2013-cü il 973 nömrəli Fərmanına əsasən 01.09.2013-cü il tarixdə 8 nəfər Milli Qəhrəman ailəsinə ödənilən təqaüd 600 manatdan-1000 manata, 279 şəhid ailəsinə 165 manatdan 200 manata, 48 nəfər I qrup müharibə əlilinin hər birinə 99 manatdan 110 manata, 384 nəfər II qrup müharibə əlilininn hər birinə 77 manatdan 85 manata, 58 nəfər III qrup müharibə əlilinin hər birinə 55 manatdan 60 manatadək artırılaraq Prezident təqaüdü ödənilmişdir.
         2013-cü ilin 9 ayı ərzində pulsuz olaraq 63 nəfər əlil müxtəlif kurort-sanator putyovkaları ilə Respublikanın müxtəlif istirahət mərkəzlərinə göndərilmişdir.
         Daha sonra “İstilik təsərrüfatlarının mövsümə hazırlıq vəziyyəti haqqında”  7 saylı İstilik sistemləri istismar sahəsinin rəisi Kamil Ələkbərov çıxış etdi.
         2013-cü ilin birinci rübündə 35 qazanxana, 5 istilik məntəqəsi istismar olunaraq 150 yaşayış binası, 21 məktəb, 10 uşaq bağçası, 8 səhiyyə obyekti və 20 digər sosial yönlü obyektlər fasiləsiz olaraq istiliklə təmin olunmuşdur. Növbəti 2013-2014-cü illərin istilik mövsümünə hazırlıqla bağlı tədbirlər planı tərtib olunmuş və tədbirlər planında nəzərdə tutulan 32 bənddən ibarət işlər başa çatdırılmaqdadır. İstilik mövsümünə hazırlıqla bağlı rayon İcra Hakimiyyəti başçısının 31 may 2013-cü il tarixli 265 saylı və 01 oktyabr 2013-cü il tarixli 528 saylı sərəncamını rəhbər tutaraq payız-qış istilik mövsümünün hazırlığına başlanmışdır. Beləki, qazanxana və istilik məntəqələrinin magistral və məhəllədaxili istilik xətləri hidravliki təzyiqə yoxlanılmış, xətlər yuyulmuş və xətlərdə yaranan axıntı yerləri müəyyənləşdirilərək aktlaşdırılmışdır. Axıntıların aradan qaldırılması məqsədilə istismara yararsız 1170 metr müxtəli diametrli istilik xətləri dəyişdirilmişdir.
         Beləki, R.Qəmbərov 6, 8, R.Axundov 10, 14, M.Ş.Vazeh 2,4, N.Nərimanov 9, 19, Ə.Kərim 5, Sülh 1b, 14/1, A.Əlibabayev 1,3, S.Cabbarov 3,4, 4090/94-cü məhəllə 5, 2/10, Ş.Kamilov 7 saylı binaların aşağı istilik paylama xətlərində daxili imkanlar hesabına 280 metr hissə-hissə istismara yararsız borular dəyişdirilmişdir.
         İstilik xətlərində, istilik kameralarında, binaların aşağı istilik paylama xətlərində siyirtmələr cari təmir olunaraq işlək vəziyyətə gətirilmişdir.
         Daha sonra “Mənzil fondunun 2013-2014-cü il payız-qış mövsümünə hazırlığı üzrə görülmüş işlər haqqında” rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin baş mühəndisi Ysuif Əliyev çıxış etdi.
         2013-cü təsərrüfat ilinin 9 ayı ərzində Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və onun struktur bölmələri tərəfindən aşağıdakı işlər görülmüşdür:
         Birliyin xidməti ərazisində mənzil fondunun ümumi dam örtüyünün sahəsi 216291,0 kvadrat metr təşkil edir. Cari ilin 9 ayı ərzində Sabunçu, Bakıxanov, Zabrat və Maştağa qəsəbələrindəki, mənzil fondunun 22000 kvadrat metr dam örtüyündə cari, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi ev 14, Musabəyov küçəsi ev 14, 23, əfəndiyev küçəsi ev 8 ünvanlarında isə 1000 kvadrat metr dam örtüyündə əsaslı təmir işi aprılmışdır. Bir çox ünvanlarda isə maşın şöbəsinin dam örtüyündə təmir işi görülmüşdür.
         Mərkəzi istilik sistemi ilə qızdırılmalı olan 123 binadan 101-də tam inventarlaşma işləri aparılmış və 2013-2014-cü il payız-qış mövsümündə həmin binalara istiliyin verilməsi planlaşdırılmışdır.
         Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Dapartamentinin qarşılıqlı əməkdaşlığı nəticəsində Sabunçu, Bakıxanov, Zabrat, Nardaran və Maştağa qəsəbələrində 100000 kvadrat metrdən çox sahəyə asfalt örtüyü vurulmuşdur.
         Rayon ərazisində məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi istiqamətində xeyli səmərəli işlər görülmüşdür. Belə ki, 200 ədəd 1000 litrlik yeni zibil konteynerləri alınmış, bir neçə ünvanlarda müasir zibil meydançaları tikilmiş, 250-yə yaxın 1000 litrlik konteynerləri isə rənglənib MKİS-lərə uyğun nömrələnmişdir. Mövcud 280 zibil meydançalarından gün ərzində məişət tullantıları mütəmadi olaraq Balaxmı zibil meydançasına daşınaraq zərərsizləşdirilir. 2980000 kvadrat metr sahənin süpürülməsi isə Birliyin struktur bölmələri tərəfindən gün ərzində həyata keçirilir.
         Daha  sonra tədbirdə “Qaz təsərrüdatı sahəsində qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında” rayon Qaz İstismar İdarəsinin rəisi İsmixan Nəsirov çıxış etdi.
         Sabunçu rayonunda yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması, qaz itgisinin qarşısının alınması, ödniş səiyyəsinin artırılması və texnoloji rejimə uyğun əhalinin fasiləsiz qaz təchizatının təmin edilməsi məqsədi ilə 2013-cü ilin 9 ayı ərzində Sabunçu Qaz İstismar Sahəsindən bir çox işlər görülmüşdür.
         QİS üzrə 2013-cü ilin 9 ayı ərzində 202.820.329 min kub metr qaz qəbul edilmiş, abonentlərə ümumilikdə 130.579.627 kub metr həcmində və ya 13.057.962,7 manat məbləğində qaz satılmış, 13.538.591,11 manat ödəniş qəbul olunmuşdur. O cümlədən əhali sektoru üzrə 94.294.567 kub metr həcmində və ya 9.429.456,7 manat məbləğində qaz satılmış, 9.884.160,49 manat ödəniş daxil olmuşdur, qeyri-əhali sektoru üzrə 32.475.072 kub metr həcmində və ya 3247507,2 manat məbləğində qaz satılmış, 3372307,2 manat ödəniş daxil olmuşdur, o cümlədən istixanalar üzrə 3.432.085 kub metr həcmində və ya 343.208,5 manat qaz satılmış, 282123,4 manat ödəniş qəbul olmuşdur.
         Sənaye sektoru üzrə 2013-cü ilin 9 ayı ərzində: Kommersiya müəssisələrinə 20776846 kub metr həcmində 2034053,4 manat məbləğinda qaz satılmış, 2107905,3 manat vəsait daxil olmuşdur. Büdcə müəssisələrinə - 3226607 kub metr həcmində 322660,7 manat məbləğində qaz satılmış 296749 manat vəsait daxil olmuşdur. Azəristilik müəssisələrinə - 4015255 kub metr həcmində 401525,5 manat məbləğində qaz satılmış 150000 min mant qaz daxil olmuşdur. Sənaye müəssisələrinə - 4674424 kub metr həcmində 467442,2 manat mənləğində qaz satılmış 778948, 68 manat vəsait daxil olmuşdur. ARDNŞ müəssisələrinə - 124636 kub metr həcmində 12463,6 manat məbləğində qaz satılmış 5123,5 manat vəsait daxil olmuşdur. Özəl müəssisələrinə - 34446 kub metr həcmində 3444,6 manat məəbləğində qaz satılmış, 3264,83 manat vəsait daxil olmuşdur.
         Sonda bunu da bildirmək istəyirəm ki, ərazilərdə əhalinin təbii qazla fasiləsiz və təhlükəsiz təmin olunması məqsədi ilə yenidənqurma işləri sürətlə davam etdirilir. Yeni qaz xətləri çəkilir, istismar müddətini tamamlamış qaz xətləri və mexaniki tipli qaz sayğacları yeniləri ilə əvəz olunur.
         Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 27 iyun 2013-cü ildə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxslərə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Sabunçu rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Quliyeva Ramilə Müslüm qızına medalın təqdim edilmə mərasimi olmuşdur.

Keçidlər