Sabunçu rayonunda 9 May – Qələbə günü qeyd edildi
08 may 2018 | 20:00
09 may 2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı, RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, qəsəbə nümayəndələri, qəsəbə bələdiyyə sədrləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Rövşən Babayev,həmin idarənin əməkdaşları, C.Naxşıvanski adına hərbi məktəbin bir qrup zabit və sıravi heyəti, Müharibə, əmək və silahlı qüvvələr veteranları Şurası, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri İctimai Birliyi, “Sodrujstva”, Rus və Ukrayna İcmaları, Çernobil Əlillər İttifaqı, Rayon Ağsaqqallar Şurası, 20 Yanvar Cəmiyyəti, “Qızıl Aypara” Cəmiyyətinin Sabunçu rayon təşkilatlarının sədr və üzvləri, rayon təhsil, səhiyyə və mədəniyyət işçiləri, rayon məktəbliləri və rayon ictimaiyyətinin iştirakı ilə rayonun Sabunçu qəsəbəsində yerləşən “Qardaşlıq məzarlığı” nda 9 May - Qələbə Günü ilə bağlı geniş tədbir keçirilmişdir.
1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış xatirə kompleksinə əklil qoyulduqdan sonar Sabunçu Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev çıxış edərək İkinci Dünya Müharibəsini bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi qiymətləndirdi. Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqının həm ön, həmdə arxa cəbhədə çox böyük qəhrəmanlıqlar və şücaətlər göstərdiyini qeyd edən A.Vəliyev 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğul və qızların cəbhəyə yollandığını, onlardan yarıdan çoxunun həlak olduğunu, o dövrün ağır çətinliklərinə baxmayaraq, xalqımızın necə qəhrəmanlıq və fədakarlıqlar göstərdiyini xüsusi qeyd etdi. Böyük Vətən Müharibəsində Azərbaycan xalqının qələbənin əldə etməsində misilsiz xidmətlər göstərdiyindən söz açan A.Vəliyev Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin Böyük Vətən Müharibəsi iştirakçıları, Qarabağ müharibəsi şəhidlərinin ailələri, veteranlar və əlillərə göstərilən xüsusi diqqət və qayğıdan danışdı.
Daha sonar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Rövşən Babayev, Müharibə, əmək və silahlı qüvvələr veteranları Şurasının Sabunçu rayon təşkilatının sədri Elxan Mirzəyev, “Sodrujstva” İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Arqutkin Vladimir Vasilyev çıxış edərək Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqının qəhrəmanlıqları, Bakı neftçilərinin göstərdikləri əzmkarlıq və dövlətin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan sözaçdılar.
Çıxışlardan sonra tədbir iştirakçıları məzarları ziyarət edərək üzərinə tərqərənfillər düzdülər.