Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda növbəti tədbir keçirilmişdir

10 may 2018 | 20:00
   11 may 2018-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə  Bakıxanov qəsəbəsi 271 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov, rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, DİN-nin Baş İctimai təhlükəsizlik İdarəsinin şöbə müdiri Adıgözəl Adıgözəlov,  Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı şəhər Narkoloji Dispanserinin Həkim-Narkoloqu Pərvin Abbasova, valideynlər, şagird və müəllimlər iştirak edirdilər.
İlk olaraq məktəbin direktoru çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışdı. Sonra tədbir iştirakçıları  narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.
  Giriş sözü ilə tədbiri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi və yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar, Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyətindən danışdı.
  Bakı şəhər Narkoloji Dispanserinin Həkim-Narkoloqu Pərvin Abbasova, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə müdiri Adıgözəl Adıgözəlov çıxış edərək respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğat, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyələr verdilər.
  Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
Keçidlər