Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Beynəlxalq Ailə Günü” qeyd edildi

13 may 2018 | 20:00
  14 may 2018-ci il tarixində Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “15 may - Beynəlxalq Ailə Günü” qeyd edilmişdir. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, Sabunçu rayon Qeydiyyat şöbəsinin müdiri Lətafət Hacıyeva, 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin məsul şəxsləri və digər qonaqlar iştirak edirdilər.
  Tədbirdə Azərbaycan ailəsi modeli timsalında nümunəvi ailə-Qarabağın azadlığı uğrunda bir ayağını itirmiş, I qrup Qarabağ müharibəsi əlilli Qalib Əliyev və ömürlük əlil arabasına möhtac olmuş Zinyət Vəliyeva cütlüyü haqqında  Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış qısametrajlı video-çarx nümayiş olundu.
  İlk olaraq çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Beynəlxalq Ailə Gününün yaranması və bu günün ölkəmizdə qeyd olunmasından söz açdı. R.Fərəcova qeyd etdi ki, Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də uğurla davam etdirilir.
  Daha sonra çıxış edən Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, Sabunçu rayon Qeydiyyat şöbəsinin müdiri Lətafət Hacıyeva, 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin könüllülərlə iş üzrə məsul şəxsi Zinyət Şamıyeva və digərləri Azərbaycan  ailəsinin əsas sütunlarından biri olan Azərbaycan qadınının ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərlərinin yaşadılmasında mühüm rol oynadığını xüsusi vurğuladılar.
  Sonra Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı və 4 saylı Bakı ASAN xidmət rəhbərliyinin dəstəyi ilə Beynəlxalq Ailə Günü münasibəti ilə tədbirdə Ülviyyə Əsgərova və Nahid Abışov cütlüyü üçün  nikah mərasimi təşkil edildi və 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinin əməkdaşı  Cəmilə Həsənli tərəfindən cütlüyün nikahı rəsmi dövlət qeydiyyatına alındı.
  Daha sonda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova  tərəfindən Sabunçu rayonunun “Nümunəvi ailəsi” olan Qalib Əliyev və Zinyət Vəliyeva cütlüyü və yeni nikaha daxil olmuş Ülviyyə Əsgərova və Nahid Abışov cütlüyünə Sabunçu Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim edildi.
  Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.
 
Keçidlər