Sabunçu rayonunda “Çörək bol olarsa, basılmaz Vətən” adlı tədbir keçirildi
17 may 2018 | 20:00
18.05.2018-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli tam orta ümumtəhsil məktəbində “Çörək bol olarsa, basılmaz Vətən” adlı tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Ülviyyə Rufullayeva və Ayla Rəhimova, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən çörək zavodunun əməkdaşları, 271 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Səməndər Məmmədov və məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
Tədbir çörəyin yaranma tarixini əks etdirən video-çarxın təqdim olunması ilə başladı. Sonra ibtidai sinif şagirdlərinin təqdimatında şeirlər səsləndirildi və səhnəciklər nümayiş etdirildi.
Daha sonra 271 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Səməndər Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ülviyyə Rufullayeva və Bakıxanov qəsəbəsində fəaliyyət göstərən çörək zavodunun əməkdaşı çıxış edərək tədbirin əhəmiyyəti, gənc nəslin bərəkət rəmzi sayılan çörəyə olan münasibətindən söz açaraq, müqəddəs çörəyə olan sevgi və dəyərin hələ uşaq yaşlarından aşılanmalı olduğunu qeyd etdilər.
Tədbir “Şərikli çörək” kinofilmindən qısa fraqmentin nümayişi ilə başa çatdı.