Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Erkən nikahlara son!” adlı növbəti maarifləndirici tədbir keçirildi

21 may 2018 | 20:00
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili OMBUDSMANın təşəbbüsü ilə elan olunmuş 18 may-18 iyun tarixləri arasında “İnsan Hüquqları Aylığı” çərçivəsində 22.05.2018-ci il tarixdə Maştağa qəsəbəsində yerləşən Maştağa Mədəniyyət Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi və 128 nömrəli tam orta ümumtəhsil məktəbinin təşkilatçılığı ilə “Erkən nikahlara son” adlı tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Ana və Uşaq İnkişaf Mərkəzinin psixoloqu Xanım Bilalova, RİH aparatının əməkdaşları, Maştağa qəsəbəsində yerləşən tam orta ümumtəhsil məktəblərinin direktor, müəllim, şagird heyəti və valideynlər iştirak edirdilər.
Tədbir erkən nikah qurbanlarının həyat hekayəsindən bəhs edən video-çarxın nümayişi ilə başladı. Sonra Maştağa qəsəbəsində yerləşən N.Nərimanov adına 128 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin təqdimatında real həyat hekayələri əsasında hazırlanmış səhnəciklər nümayiş etdirildi.
Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Milli Məclisin deputatı Dilarə Cəbrayılova və N.Nərimanov adına 128 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Vələddin Nurəddinov və Ana və Uşaq İnkişaf Mərkəzinin psixoloqu Xanım Bilalova bildirdilər ki, erkən nikah doğurduğu fəsadlar və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olaraq qalmaqdadır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsili və bir fərd kimi inkişafına mane olur. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atır, boşanma hallarını artırır. Bununla mübarizə aparmaq hər birimizin vətəndaşlıq borcudur və bu kimi maarifləndirici tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi təqdirəlayiq haldır.
Tədbir bu mövzuda hazırlanan növbəti video-çarxın nümayişi ilə sona çatdı.
 
Keçidlər