Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu rayonunda fəaliyyət göstərən internat evində olub
Oktyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu rayonunda fəaliyyət göstərən 11 nömrəli xüsusi internat məktəbində olmuşdur.
Hal-hazırda 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan məktəbdə 799 şagird təhsil alır ki, onlardan da 127-si sağlamlıq imkanları məhdud olan uşaqlardır. Bundan əlavə, həmin internat məktəbində aztəminatlı ailələrdən olan 597 uşaq təhsil alır. Burada şagirdlər dərnəklərdə iştirak edir və idmanın müxtəlif növləri ilə məşğul olurlar. Məktəbin şagirdləri dünyanın müxtəlif yerlərində təşkil edilən idman və bilik müsabiqələrində nailiyyətlər qazanmışlar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla görüşmüş, onların problem və qayğıları ilə maraqlanmış, səmimi söhbətlər aparmışdır.
Heydər Əliyev Fondunu tərəfindən internat məktəbinə müxtəlif növ hədiyyələr təqdim olunmuşdur.