Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda məcburi köçkün olan zorakılıq qurbanlarına lazımi hüquqi, sosial və psixoloji dəstəyin göstərilməsi məqsədilə yeni layihəyə başlanılmışdır

23 may 2018 | 20:00
  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində Sabunçu rayonunda məcburi köçkün olan zorakılıq qurbanlarına lazımi hüquqi, sosial və psixoloji dəstəyin göstərilməsi üzrə yerli qurumlararası əlaqələndirmənin təşkili məqsədilə yeni layihəyə başlanılmışdır. Layihə çərçivəsində aidiyyəti dövlət orqanlarının və təşkilatların nümayəndələrindən ibarət şəbəkənin yaradılması və təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
 Bu məqsədlə ilk olaraq 24.05.2018-ci il tarixdə Sabunçu Gənclər Evində məcburi köçkün icmalarından olan gənc xanımlar üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova tərəfindən təlim keçirilmişdir.
  İclasda iştirak edən Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova layihənin məqsədi və əhəmiyyəti barədə söz açaraq, yeni yaradılan şəbəkəyə daxil olan üzvlər, onları fəaliyyət istiqaməti və iş prinsipləri barədə məlumat verdi.
  Layihənin koordinatoru, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova çıxış edərək bildirdi ki, qadınların cəmiyyətdə rastlaşdığı zorakılıqların qarşısının alınmasında bu kimi maarifləndirici tədbirlər mühüm rol oynayır.
  Sonda iclas iştirakçıları məcburi köçkün icmalarından olan xanımları maraqlandıran sualları cavablandırdılar.
 
Keçidlər