Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edildi

24 may 2018 | 20:00
  25 may 2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, müavin Avtandil Hüseyn-zadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP-ın Sabunçu rayon təşkilatının sədri, icra aparatının şöbə və sektor müdirləri, icra nümayəndələri və rayonun bir sıra fəal gəncləri iştirak edirdilər.
  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev açaraq tədbir iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik etdi.
  A.Vəliyev 1918-ci il mayın 28-də yaradılmış və cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə geniş məlumat verib mövcudluğu dövründə Cümhuriyyət yaradıcıları tərəfindən həyata keçirilmiş tədbirlərdən danışdı.
  Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu vurğulayan A.Vəliyev, demokratik dəyər və prinsiplərin Cümhuriyyət tərəfindən həyata keçirilmiş islahatlar və qəbul edilmiş qərarlarda öz əksini tapdığını qeyd etdi.
  Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı və regional liderə çevrilməsində misilsiz xidmətləri barədə danışan Rayon İcra Hakimiyyəti Başçısı bu strateji siyasi xəttin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırdı. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla davam etdirildiyini, Respublikamızda siyasi, iqtisadi və sosial islahatların uğurla həyata keçirildiyini, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlərin həyata keçirildiyini xüsusi vurğuladı.
  Digər çıxış edənlər  şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaratdığını və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.
 
Keçidlər