Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsində dini radikalizm mövzusunda tədbir keçirildi

25 may 2018 | 20:00
  26.05.2018-ci il tarixində Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Maştağa Mədəniyyət Mərkəzində rayonda fəaliyyət göstərən Dini icma sədrləri, məscid imamları və bir sıra din xadimlərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin rəisi Anar Kazımov və bir sıra aidiyyəti dövlət qurumlarının əməkdaşları iştirak edirdilər.
  İlk olaraq çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov dini radikalizm, din pərdəsi altında fəaliyyət göstərən qeyri-ənənəvi dini cərəyanlar, onların gətirdiyi fəlakətlər, yaranan dini böhranlar haqqında ətraflı danışdı. Ə.Teymurov rayonda ictimai-siyasi və dini məsələlər barədə geniş məlumatla çıxış etdi və dini icmalar və məscidlərin qanunvericilik çərçivəsində mövcudluğu, imamlar, mütəvəllilər və dini ayinlərin icraçılarının fəaliyyətləri, çatışmazlıqlar, boşluqlar, problemlər və qarşıda duran həlli vacib olan məsələlər barədə söz açdı.
  Digər çıxış edənlər respublikadakı dini vəziyyət, dini radikalizm, qanunvericilikdə din dəyərlərinin qorunması, təbliği və fəaliyyəti barədə söz açdılar, qarşıda duran vəzifələr və görüləcək işlərdən danışdılar.
Keçidlər