Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim rəngarəng dünyam” adlı sosial layihə keçirildi

28 may 2018 | 20:00
   29.05.2018-ci il tarixdə Sabunçu İcra Hakimiyyətinin təşəbbüsü ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim rəngarəng dünyam” adlı sosial layihə keçirildi.
   Layihə çərçivəsində 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin uşaqlarıBakıxanov qəsəbəsi Sülh küçəsi 14/1 ünvanında Sabunçun Rayon İcra Hakimiyyəti tərəfindən salınmış abad məhəllənin divarlarında müxtəlif nağıl qəhrəmanları və təbiətin mühafizəsini əks etdirən rəngarəng rəsmlər çəkdilər. Layihənin keçirilməsində məqsəd təbiətin mühafizəsi vəətraf mühitin qorunmasında uşaqların rolunu vurğulamaq, onların rəngarəng dünyasını anlayaraq istedad və bacarıqlarını daim diqqət mərkəzində saxlamaq və cəmiyyətə müsbət nümunə kimi göstərməkdir.
   Qeyd edək ki, sosial layihənin rayonun digər abad məhəllələrində də keçirilməsi nəzərdə tutulmuşdur.
Keçidlər