Sabunçu rayonunda “Biz sağlam həyat tərzi seçirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
29 may 2018 | 20:00
30 may 2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Maştağa qəsəbəsi 209 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında “Biz sağlam həyat tərzi seçirik” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov, rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Namiq Ağayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin baş metodisti Tahirə Qədimova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev,Bakı şəhər Narkoloji Dispanserinin Həkim-Narkoloqu Pərvin Abbasova, valideynlər, şagird və müəllimlər iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.
Giriş sözü ilə tədbiri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar, Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyətindən bəhs etdi.
Bakı şəhərNarkoloji Dispanserinin Həkim-Narkoloqu Pərvin Abbasova, Bakı şəhər üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin baş metodisti Tahirə Qədimova, Bakı şəhər üzrə Təhsil İdarəsinin əməkdaşı Namiq Ağayev, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev,rayon Polis İdarəsinin rəisi Eldar İlyasov çıxış edərək respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə geniş danışdılar və gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.