Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “İnsan Hüquqları aylığı” çərçivəsində tədbir keçirildi

07 iyun 2018 | 20:00
   08.06.2018-ci il tarixində Bakıxanov qəsəbəsi 271 nömrəli tam orta ümumtəhsil məktəbində Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin iştirakı ilə “İslamda insan hüquqları və azadlıqları” mövzusunda tədbir keçirildi.
   Tədbiri Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov giriş sözü ilə açaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 1950-ci ilin noyabr ayında qəbul olunmuş Roma Konvensiyası, Azərbaycan Respublikasının 2001-ci dekabr ayında bu konvensiyaya qoşulması haqqında Qanunun qəbul edilməsi, bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının  18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyun ayının 18-nin ölkəmizdə “Milli İnsan Hüquqları Günü” kimi qeyd olunması haqqında geniş danışdı. İslamda insan hüquqları və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən islahatlar, görülən işlərdən danışan Ə.Teymurov, bu cür maarifləndirici tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq dövlətimizin insan hüquq və azadlıqları istiqamətində gördüyü işlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi.
   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Pərvin Nuriyeva tədbirdə çıxış edərək insan hüquqlarının mahiyyəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, insan hüquqları təsisatları, müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.
   Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Keçidlər