Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda gənclərin könüllülük fəaliyyətinə cəlb olunması məqsədilə yeni layihəyə başlanılmışdır

11 iyun 2018 | 20:00
  Sabunçu rayon İcra Hakimiyyəti gəncləri rayonda həyata keçirilən ictimai-siyasi və sosial-mədəni işlərə cəlb etmək, gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirmək və Azərbaycanda könüllülük fəlsəfəsinin inkişafına təkan vermək məqsədilə yeni layihəyə başlamışdır. Layihə çərçivəsində rayonun ictimai-siyasi və sosial-mədəni həyatında rol oynayan məktəbli və tələbələr Sabunçu rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova və Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyevin də iştirakı ilə keçirilən müsahibə mərhələsindən seçilərək yaradılan könüllü komandasına cəlb olunmuşlar. Seçilən könüllü gənclər rayonun qəsəbələrində fəaliyyət göstərən müxtəlif tam orta ümumtəhsil məktəb, lisey və kollecləri təmsil edirlər.
   Fəaliyyət göstərəcək könüllülərin rayonla daha yaxından tanışlığı, onların bilik və bacarıqlarının inkişafı, cəmiyyətə inteqrasiyası, şəxsiyyət kimi formalaşması və vətənpərvər ruhda yetişməsinə dəstək olacaq mərkəzi və yerli qurumlar tərəfindən keçiriləcəkmüxtəlim təlim, seminar, kurslar, sosial layihələr və digər tədbirlərə cəlb olunması nəzərdə tutulmuşdur.
Keçidlər