Sabunçu rayonunda “15 İyun –Milli Qurtuluş Günü” qeyd edildi
13 iyun 2018 | 20:00
14.06.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının I müavini Güloğlan Məmmədov, müavinlər Rəna Fərəcova və Avtandil Hüseyn-zadə, Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, RİH Aparatının məsul əməkdaşları, icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə və müəssisə rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları ilk olaraq Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbiri açıq elan edərək, “15-iyun Milli Qurtuluş Günü” münasibətilə tədbir iştirakçılarını təbrik etdi. A.Vəliyev bildirdi ki, Azərbaycanın müasir tarixi Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından sonra başlayıb. Bu qayıdışla Azərbaycanın xaos, anarxiya və özbaşınalıqdan xilasının əsası qoyuldu. Müasir inkişaf, bütün sahələrdə əmin-amanlıq və sabitliyin təmin olunmasından iqtisadi tənəzzülün qarşısının alınmasına qədər bütün işlər Ümummilli lider Heydər Əliyevin geniş fəaliyyəti və fədakarlığının bilavasitə nəticəsidir. A.Vəliyev həm də qeyd etdi ki, məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən qayıdışından sonra respublikamız düçar olduğu bəlalardan qurtuldu, uğurlu gələcəyin təməli qoyuldu və Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmiz bütün sahələrdə parlaq uğurlara imza atır.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, müavin Rəna Fərəcova, RİH başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov, Nardaran bələdiyyəsinin sədri Əlihüseyin Ağayev, gənc YAP-çı Əli Babazadə və digərləri Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün illərdə Azərbaycanın intibahı üçün çalışdığını, Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırdığını, doğma Vətənini hər yerdə ləyaqətlə təmsil etdiyini bildirərək, bu tarixi qayıdışın Azərbaycanı daxili çəkişmələr, vətəndaş müharibəsi və parçalanmaqdan xilas etdiyini vurğuladılar.