Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Müqəddəs Ramazan bayramı münasibəti ilə tədbir keçirildi

14 iyun 2018 | 20:00
   15.06.2018-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibəti ilə “Ülvi” şadlıq sarayında tədbir keçirildi. Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının I müavini Güloğlan Məmmədov, müavinlər Rəna Fərəcova və Avtandil Hüseyn-zadə, millət vəkilləri Dilarə Cəbrayılova və Fazil Mustafa, Rayon Prokuroru Ceyhun Şirinov, Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Tuncay Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Rövşən Babayev, YAP-ın Sabunçu Rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının  şöbə və sektor müdirləri, əməkdaşları, RİH başçısının qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, Qarabağ müharibəsi, Böyük Vətən Müharibəsi, 20 Yanvar faciəsi, Çernobıl hadisəsinin iştirakçıları, rayonda fəaliyyət göstərən bəzi QHT-in sədr və üzvləri və aztəminatlı ailələr iştirak edirdilər.
  Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev  tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı və 15 iyun-Milli Qurtuluş Günü  münasibətilə təbrik edərək, hər birinə ən səmimi arzu və diləklərini bildirdi. Müqəddəs Ramazan bayramının mahiyyəti haqqında ətraflı danışan A.Vəliyev  milli və dini tolerantlığın hökm sürdüyü Azərbaycan Respublikasında bütün dini bayramlar, o cümlədən də Ramazan bayramının hər il təntənə ilə qeyd edildiyini bildirdi. O, Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu, bu ay ərzində ölkəmizdə təşkil olunan iftar süfrələrinin ənənəvi tolerantlıq və sıx birlik nümayiş etdirdiyini xüsusi vurğuladı. A.Vəliyev Ulu öndər Heydər Əliyevin hər zaman dini dəyərlərə önəm verdiyini vurğulayaraq, Müqəddəs bayramların dövlət tərəfindən yüksək səviyyədə qeyd olunduğunu bildirərək, bu ənənənin bugün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırdı. Tədbir bayram konserti ilə davam etdi.
   Onu da qeyd edək ki, Ramazan bayramı ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşmış 1000-ə yaxın şəhid ailəsi, Qarabağ müharibəsi əlilləri və aztəminatlı ailələrə ərzaq bağlamaları ilə köməklik göstərilmiş və bu qəbildən olan 1800-dən çox sakin rayonun 10 qəsəbəsində təşkil olunan iftar süfrələrində iştirak etmişdir.
Keçidlər