Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “23 iyun - Dövlət qulluqçularının peşə bayramı” günü qeyd olundu

21 iyun 2018 | 20:00
   22 iyun 2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində “23 iyun - Dövlət qulluqçularının peşə bayramı”günü ilə əlaqədar tədbir keçirildi.  Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri və əməkdaşlar, RİH başçısının qəsəbələr üzrə nümayəndələri və əməkdaşları iştirak edirdilər.
  Tədbiri  giriş sözü ilə Sabunçu  Rayon İcra  Hakimiyyətinin  başçısı  Adil Vəliyev açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etdi, onlara öz fəaliyyətlərində uğurlar arzuladı. A.Vəliyev ölkəmizdə uğurlu, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında Ümummilli Liderin xidmətlərini və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda böyük nailiyyətlərinin qazanıldığını diqqətə çatdırdı. O bildirdiki, Dövlət Qulluqçularının peşə bayramı Prezident cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümummillilider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
   Daha sonar çıxış edən RİH başçısının müavinləri Rəna Fərəcova və A.Hüseyn-zadə və digər çıxış edənlər dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edərək onlara öz fəaliyyətlərində uğurlar arzuladılar.
 Tədbirin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə  RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Abbas Zeynalov, RİH başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Gülnar Əsgərov, RİH başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Ramil Əliyev,  RİH başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-mühasibi Natavan Aşımova və RİH başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin aparıcı-mütəxəssisi Zenfira Əzimova Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olundular.
 Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliye və öz dərin minnətdarlıqlarını bildirdilər.
Keçidlər